Ana Səhifə > Haqqımızda

Haqqımızda

“SMTS” MMC 2007-ci ildən Azərbaycan tikinti sektoru sahəsində fəaliyyətə başlayıb. Şirkət 05.02.2007-ci ildə Bakı şəhərində 0107-P294-477553 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və baş ofisi Bakı şəhəri, H.Əliyev prospekti 105 ünvanında yerləşir. Şirkətin əsas fəaliyyəti öz resurslarından istifadə etməklə müxtəlif tikinti işləri yerinə yetirməkdir. “SMTS” MMC müasir mühəndislik və tikinti standartlarına uyğun fəaliyyətini inkişaf etdirmək məqsədilə beynəlxalq səviyyəli aparıcı şirkətlərin qabaqcıl texnologiya və təcrübələrinə istinad edir. Beynəlxalq standardlarla işləyən mühəndis və texniki işçilərdən ibarət operativ koordinasiya olunan təcrübəli komanda heyəti əməyin idarə olumasının təşkilini təmin edir .

“SMTS” şirkətinin qısa zaman kəsiyindətikinti sahəsində ölkənin qabaqcıl şirkətlərindən birinə çevrilməsinin əsas səbəbi şirkətin operativ koordinasiya olunan, yüksək beynəlxalq standardlarla işləyən mühəndis və texniki işçilərdən ibarət komandasının formalaşmasıdır.

“SMTS” MMC böyük layihələrdə baş podratçı rolunda çıxış etməklə, ölkənin qabaqcıl tikinti və tikinti-quraşdırma şirkətləri arasında peşəkar iş birliyini koordinasiya edir və layihə tikinti xidmətlərini  həyata keçirir.

Şirkət özünün bütün fəaliyyətinin planlaşdırılmasında və yerinə yetirilməsində sifarişçinin istəklərinə, tələblərinə üstünlük verir. Layihələrin həyata keçirilməsində sifarişçinin layihə məqsədlərinə uyğun detallı qrafik və resursların planlaması təşkil edilir. Ümumiyyətlə, layihəyə maraqlı bütün tərəflərlə aydın ünsiyyət təşkil edilir. İş prosesi zamanı layihənin plana uyğun gedişatı diqqətlə izlənilir və kənaraçıxmalar müəyyən edilir. Bu zaman görülən işlərin keyfiyyətinə yaxından nəzarət olunur. Çünki əsas məqsəd layihəni vaxtında, keyfiyyətli təhvil verməkdir.

“SMTS” MMC-də keyfiyyət, sağlamlıq və təhlükəsizlik standardlarına ciddi riayət həmişə ön planda olan prioritet məsələlərdən biridir və bu məsələlər şirkətin rəhbərliyinin daimi diqqəti və qayğısı əhatəsindədir.

Layihənin həyata keçirilməsində bizim fəlsəfəmiz aşağıdakı kimidir:

•      Sifarişçinin layihə məqsədlərinə uyğun detallı qrafik və resursların planlamasını təşkil etmək;

•      Bütün layihəyə maraqlı tərəflərlə aydın ünsiyyət təşkil etmək;

•      Layihənin tərəqqisini izləmək və kənaraçıxmaları müəyyən etmək;

•      Görülən işlərin keyfiyyətinə yaxından nəzarət;

•      Layihəni vaxtında tamamlamaq və təhvil vermək.

Şirkətin multi-infrastrukturlu xidmət sferasında tam müqavilə üzrə tikinti xidmətlərinə əsasən aşağıdakılar aiddir:

•       Göydələnlərin tikintisi: inzibati binalar, iş mərkəzləri, yaşayış binaları;

•       Otel və SPA mərkəzlərinin, muzeylərintikintisi;

•       Yağ rezervuarlarının, separator qurğuların, dəmir-beton konstruksiyaların tikintisi;

•       Yol və tunellərin, istinad divarlarının və barierlərin tikintisi;

•       İsitmə, havalandırma, soyutma və elektrik sistemlərinin quraşdırılması;

•       Kimyəvi tullantı ərazilərinin, qolf meydançalarının tikintisi;

•       Svayların qazılması və tikintisi;

•       Suvarma kanallarının tikintisi, hasarlama və s.

“SMTS” şirkətində öz işçilərinin və apardığı iş fəaliyyətinə cəlb olunan digər bütün işçilərin sağlamlığı və təhlükəsizliyi, o cümlədən ətraf-mühitin mühafizəs ilazımi tərzdə səmərəli və sənədləşdirilmiş bir sistemlə təmin olunur. İnsan sağlamlığı və təhlükəsizliyi, o cümlədən ətraf-mühit üçün potensial risk yarada bilən bütün vəziyyətləri aşkarlamaq, qarşısını almaq və yaxud nəzarətdə saxlamaq üçün bütün tədbirlər görülür. Yalnız şirkətin işçiləri üçün deyil, həm də subpodratçılar üçün də təhlükəsiz əmək şəraitinin təmin edilməsi yüksək prioritetdir.

“SMTS” şirkətinin keyfiyyət siyasəti beynəlxalq standartların tələblərinə tam cavab verir. Müştəri məmnunluğunu nəzərə alan, dizaynda, təchizatda, baş podratçı işlərində və subpodratçı işlərində sistematik və sənədləşdirilmiş qaydada həyata keçirilən bir keyfiyyət siyasəti yürüdülür.

“SMTS” şirkətində sənaye, mülki, tikinti və layihə-mühəndislik sahəsində geniş təcrübəsi olan peşəkar mütəxəssislər çalışır.

Şirkətin direktoru tikinti sənayesində 20 ildən çox iş təcrübəsi olan Ağalar Allahyarovdur.