Ana Səhifə > Sənaye və mülki binaların inşası

Sənaye və mülki binaların inşası

Sənaye və mülki obyektlərin inşası

“SMTS” MMC sənaye və mülki obyektlərin inşasında geniş təcrübəyə malikdir. Şirkətimiz göydələnlərin, inzibati binaların, iş mərkəzlərinin, yaşayış binalarının, otel və SPA mərkəzlərinin, muzeylərin, yağ rezervuarlarının, separator qurğuların, dəmir-beton konstruksiyaların, yol və tunellərin, istinad divarlarının və barierlərin, isitmə, havalandırma, soyutma və elektrik sistemlərinin, kimyəvi tullantı ərazilərinin, qolf meydançalarının, suvarma kanallarının tikintisində layihələndirmə, təchizat, tikinti və quraşdırma işləri görür.

Şirkətin güclü kadr potensialı və maddi-texniki bazası mürəkkəb regional və dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan yaradır.

Tikinti və Müqavilə üzrə Xidmətlər

Biz multi-infrastrukturlu xidmət sferasında tam müqavilə üzrə tikinti xidmətləri göstəririk. Açarlı təhvil tikinti xidmətlərinə aşağıdakılar daxildir:

•        Göydələnlərin tikintisi: inzibati binalar, iş mərkəzləri, yaşayış binaları;

•        Otel və SPA mərkəzlərinin, muzey tikintisi;

•        Yağ rezervuarlarının, separator qurğuların, dəmir-beton konstruksiyaların tikintisi;

•        Yol və tunellərin, istinad divarlarının və barierlərin tikintisi;

•        İsitmə, havalandırma, soyutma və elektik sistemlərinin quraşdırılması;

•        Kimyəvi tullantı ərazilərinin, qolf meydançalarının tikintisi;

•        Svayların qazılması və tikintisi;

•        Suvarma kanallarının tikintisi, hasarlama və s.

“SMTS” MMC bir sıra sənaye və mülki obyektləri istismara vermişdir.