Ana Səhifə > Layihələndirmə

Layihələndirmə

“SMTS” MMC əvvəllər birbaşa tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə məşğul olmuşdur. Getdikcə şirkətin nüfuzunun artması, gördüyü işlərin həcminin böyüməsi layihə qrupunun yaradılmasını zəruri etdi. Şirkətin əhatə dairəsi genişləndikcə, daha müasir və daha modern layihələrin həyata keçirilməsi işləri başladıqca “SMTS” MMC-nin rəhbərliyi öz xidmətlərini beynəlxalq standartlara uyğun qurmaq sahəsində addımlar atmağa başladı. Bu sahədə atılan növbəti uğurlu addımlardan biri isə AFF Proje Groupun təsis edilməsi idi.

 

Tikintisini icra etdiyimiz binaların layihələndirmə və planlaşdırma işləri üzrə ilkin layihələr sifarişçi şirkətlərin sifarişləri əsasında əsasən Türkiyə və Amerika memarları tərəfindən hazırlanır. Yerli memarlar, yerli layihəçilər və mütəxəssisləriz isə sözügedən layihələr üzrə konkret iş planlarını hazırlayırlar.

 

AFF Proje Group təsis edildikdikdən sonra “SMTS” MMC sifarişçinin təklifi əsasında həm layihə, həm tikinti-quraşdırma, həm də tikintiyə ümumi nəzarət işlərini həyata keçirir.