Ana Səhifə > Ətraf mühitin mühafizəsi

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ

"SMTS" MMC üçün ətraf mühitin mühafizəsi dedikdə, ilk növbədə şirkətin fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi, ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarının müəyyən edilməsi başa düşülür. Şirkətin bu istiqamətdə əsas məqsədi ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbiətdən istifadənin səmərəli təşkilindən ibarətdir.

"SMTS" MMC-də tikinti fəaliyyətinin ətraf mühitə və insan sağlamlığına ola biləcək təsirinin və onun nəticələrinin ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun öyrənilməsi məqsədi ilə həyata keçirilən ətraf mühitə təsirin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsasları müəyyən edilir.

Əhalinin sağlamlığının və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Bu sahədə Azərbaycan Respublikasının hüquqi-normativ sənədlərinə və beynəlxalq standartlara istinad olunur.

Müxtəlif təyinatlı hündürmərtəbəli binaların, sənaye və kənd təsərrüfatı obyektlərinin və qurğularının, su təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların, texnoloji proseslərin və avadanlıqların, başqa obyektlərin layihələşdirilməsində ətraf mühitin keyfiyyət normativləri diqqətlə öyrənilir, zərərli tullantıların zərərsizləşdirilməsi və istifadəsi, tullantısız və az tullantılı texnologiyalar və istehsalatlar, ətraf mühitin çirklənməsinin qarşısını alan səmərəli tədbirlər nəzərə alınır.

Şirkətin mütəxəssisləri şirkətin fəaliyyəti zamanı ətraf mühitə antropogen təsirin azaldılması, ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməməsi, ekoloji tarazlığın pozulmasına səbəb olan zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulmasının qarşısının alınması, təbii resurslardan israfçılığa yol vermədən istifadə edilməsi üçün vaxtaşırı iş yerlərinin monitorinqi aparır. Müəssisə üzrə bu monitorinqlərin hesabatları hazırlanır.

"SMTS" MMC-nin ətraf mühit monitorinqi iki hissədən ibarət olur. Bunlardan biri şirkətin iş apardığı obyektlərin yaxınlığında ətraf mühitin vəziyyəti üzərində cəmlənir. Digəri isə iş prosesi nəticəsində ərazidə tullantıların ölçülməsi və onların hərəkətinin müəyyən edilməsi monitorinqidir.

Şirkətin SƏTƏMM prinsiplərində ətraf mühitə qayğı əsas hissələrdən birini təşkil edir. SƏTƏMM - Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi deməkdir.

Ətraf mühitə zərərli təsir göstərən fəaliyyətlə bağlı olan vəzifəli şəxslərin və mütəxəssislərin lazımi ekoloji hazırlığa və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin əsaslarına dair biliklərə malik olmaları diqqətlə izlənilir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, SMTS şirkətinin SƏTƏMM siyasəti aşağıdakı şərhlərə əsaslanır:

- Tikinti işləri icra olunan ölkədə tətbiq olunan bütün hüquqi SƏTƏMM tələblərinə riayət olunmalıdır. Əgər bu qaydalar mövcüd deyilsə, yaxud kifayət deyilsə, bu zaman ən yüksək mövcud standartlar və texnologiyalar tətbiq olunacaqdır;

- Bütün tikinti fəaliyyəti, cəlb olunan şəxsləri təhlükədən və xəsarətdən qorumaq, eləcə də hər hansı ekoloji risklərin qarşısının alınması üçün adekvat prosedurları istifadə etməklə icra edilməlidir;

- Ətraf-mühiti dağıntılardan və ya çirklənmələrdən qorumaq kimi yalnız fiziki aşınmalardan deyil, həmçinin dəyərləndirilməsini ön plana çəkmək lazımdır;

- İşçilərin işləri yerinə yetirmə keyfiyyəti əsas faktor kimi sağlamlıq, əməyin mühafizəsi və ətraf-mühit baxımından risklərin qarşısının alınması ilə əlaqədar davranışları nəzərə alınmaqla qiymətləndirilir;

- İşçilərin sağlamlığına nəzarət olunması qanunun tələblərinə uyğun olaraq təmin edilir;

- İnsan resurslarının inkişafı, qarşısı alınması və qorunması istiqamətində yönümlü həm nəzəri, həm də praktiki adekvat treyninqlərin aparılması ilə həyata keçirilir;

- SMTS şirkətinin bütün subpodratçı təşkilatları, yerli qanunvericilik tərəfindən müəyyən olunmuş qaydalardan başqa “SMTS”-in SƏTƏMM qaydalarına riayət etməlidir;

- Bütün qəza hadisələri hərtərəfli araşdırılmalıdır və dərhal qabaqlayıcı tədbirlər qəbul edilməlidir;

- Qabaqlayıcı tədbirlər sisteminin səmərəliliyini yoxlamaq, təşkilat tərəfindən faktiki iş tərəqqisini qiymətləndirmək və müntəzəm olaraq təkmilləşdirmə üçün yeni imkanları müəyyən etmək məqsədilə təkrarlanan yoxlamalar “SMTS”-in müxtəlif idarəetmə nümayəndələri tərəfindən həyata keçirilməlidir.