Ana Səhifə > Texniki təhlükəsizlik

Texniki təhlükəsizlik

"SMTS" MMC-də əməyin mühafizəsi normaları və qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi, digər qanunvericilik aktları, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrlə müəyyən edilir.

 

İşçilərin sağlamlığını və əməyin təhlükəsizliyini qorumaq işlərimizin keyfiyyətinin və məhsuldarlığının artırılmasının ən effektiv üsuludur. Bu məqsədlə şirkətimizdə çalışan iş&cceccedil;ilərin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işlərin təhlükəsiz görülməsi, təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi, işçi heyətin işdən öncə təlimatlandırılması, təhlükəli iş sahələrində risklərin öncədən qiymətləndirilməsi, bütün işçilərin qoruyucu və fərdi mühafizə vasitələrindən normalara uyğun tam şəkildə istifadə etmələri, sağlam əmək şəraitinin yaradılması istiqamətində maneçilik törədə biləcək bütün zərərli amillərin əvvəlcədən müəyyən olunması, daimi yaxşılaşdırma proseslərinin həyata keçirilməsi  diqqət mərkəzindədir.

 

Obyektlərdə çalışan bütün işçilərin təhlükəsizlik texnikası qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmələrinə ciddi nəzarət olunur.

 

İşə yeni qəbul olunan hər bir işçiyə giriş təlimatı aparılır, qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatı üzrə biliklərinin yoxlanılması üçün attestasiya komissiyası müvafiq attestasiyalar həyata keçirir.

 

"SMTS" MMC şirkətinə yeni işə götürüuuml;lən hər bir işçiyə əməyin mühafizəsi üzrə onun üzərinə düşən vəzifələr də çatdırılır. Bu vəzifələr aşağıdakılardır:

 

- əməyin mühafizəsi üzrə müvafiq nоrmativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və оnlara əməl etmək;

 

- əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qоymayacağı tədqirdə icra etmək, şəхsi buraхılışı оlmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görmək;

 

- verilmiş хüsusi geyimdə və ayaqqabıda işləmək, teхnоlоji prоsesdə, əməyin mühafizəsi üzrə nоrmalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kоllektiv mühafizə vasitələrindən istifadə etmək;

 

- əməyin mühafizəsi qaydalarının bütün pоzuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəхt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

 

- müntəzəm оlaraq əməyin mühafizəsi nоrmaları və qaydaları barədə biliklərini artırmaq;

 

- əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəхəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyyələrinə əməl etmək.

 

İstehsalatda zədələnmələrin qarşısını almaq üçün mütəxəssislərimiz tərəfindən tədbirlər hazırlanır və onların həyata keçirilməsi təşkil edilir.

 

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndislərimiz iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarəti, sanitar texniki vəziyyətin yoxlanılmasını, həyata keçirirlər. Bundan əlavə, mütəxəssislərimiz iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması istiqamətində də daim çalışırlar. Qrafikə uyğun olaraq binaların, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyəti mütəmadi yoxlanılır.

 

Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına, əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə, səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına, aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə, qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə, iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına, işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə, istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına, işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə, sahələrdə fəhlə və qulluqçuların fərdi mühafizə vəsaitləri ilə tam təmin edilməsinə nəzarət edir.

 

 

Şirkətin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq vaxtaşırı hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir.