Ana Səhifə >İdarəetmə və struktur

İDARƏETMƏ

SMTS MMC-də idarəetmə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO)  tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən 3 əsas standarta əsaslanaraq həyata keçirilir. Bunlar aşağıdakılardır: - ISO 9001 Keyfiyyəti İdarəetmə Sistemi - ISO 14001 Ətraf Mühiti İdarəetmə Sistemi - OHSAS 18001 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür. ISO 9001 standartının tələblərindən irəli gələn bu prinsiplər şirkətin fəaliyyətinin davamlı inkişafının təmin olunması, istehsal göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi, istehlakçıların tələbatlarını fasiləsiz təmin etməklə məhsul və xidmətlərin keyfiyyətinin davamlı olaraq artırılmasına imkan verir. ISO 14001 standartı təşkilatın ətraf mühitlə bağlı siyasət və məqsədlərin işlənib hazırlanmasına və tətbiqinə imkan verən ətraf mühiti idarəetmə sisteminə tələbləri müəyyən edir. ISO 14000 beynəlxalq standartı davamlı inkişaf konsepsiyası ilə uzlaşaraq müxtəlif mədəni, sosial və təşkilati əsaslarla, idarəetmə sistemlərinə uyğundur. ISO 14001-in əsas ideyası ekoloji normativ-hüquqi tələblərə uyğunluq və fasiləsiz yaxşılaşdırılmadan ibarətdir.  SMTS MMC bütün tətbiq olunan ekoloji normativ-hüquqi tələbləri sistemli şəkildə üzə çıxartmaqla, bu tələblərə uyğunluğunu əsaslandırılmış şəkildə müəyyənləşdirmək imkanı əldə edir. Bununla yanaşı, şirkət tələblərə uyğunluğun monitorinqini aparmaqla, hər hansı kənarlaşma halında zəruri tədbir görə bilir. Düzgün hazırlanmış ətraf mühiti idarəetmə sistemi xərclərin aşağı salınma imkanını effektiv tapmağa kömək edir. Bütün dünyada əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin işlənib hazırlanması üçün OHSAS 18001 beynəlxalq standartından istifadə olunur. Bu standart əməyin mühafizəsinin və təhlükəsizliyin təmin edilməsi üçün səmərəli idarəetmə təcrübəsini təqdim edir.  SMTS MMC OHSAS 18001-in prinsiplərinə əməl etməklə, onun aşağıdakı səmərələrini görür: - gələcəkdə bədbəxt hadisələrin sayının azalması; - boş dayanma vaxtının və əlavə məsrəflərin ixtisarı; - qanunverici və normativ tələblərə riayət edilməsi; - sağlamlıq və əməyin mühafizəsi sahəsində müəssisənin niyyətinin maraqlı tərəflərə nümayişi; - yenilikçi və kreativ yanaşmanın tətbiqi; - daha geniş istehlakçı və işgüzar partnyorların qazanılması; - əməyin təhlükəsizliyi və sağlamlığın qorunması ilə bağlı risklərin idarə edilməsində yeni keyfiyyət səviyyəsi; - sığorta risklərinin azaldılması; - şirkətin imicinin inkişaf etdirilməsi. OHSAS 18001 standartını tətbiq etməklə, şirkət iş yerində baş verən bədən xəsarətləri və peşə xəstəlikləri, itirilmiş iş saatları, cərimələr və s. bu kimi problemlərin həlli yollarını daha asanlıqla tapa bilir.