Media

“SMTS” MMC tələbə və məzunlar üçün keçirilən Karyera sərgisində

“SMTS” MMC Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 aprel 2023-cü il tarixində təşkil etdiyi “Karyera Sərgisi” də iştirak edib.

Sərgidə 80-ə yaxın dövlət qurumu, özəl şirkət, müəssisə iştirak edirdi.

Tələbə və məzunlara ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək məqsədilə müxtəlif vakansiyalar üzrə çox sayda iş yeri təklifi mövcud idi.

“SMTS“ MMC-nin bu kimi tədbirlərdə iştirak etməkdə əsas məqsədi karyerasını öz ixtisası üzrə qurmaq istəyən gənc mütəxəssislərə bilik və bacarıqlarını inkişaf etdirməkdə dəstək olmaq, öz potensinallarını iş mühitində nümayiş etdirməyə şərait yaratmaq, onlara təcrübəli mütəxəssislərin yanında daha dərin praktik biliklərə malik olmaq imkanını yaratmaq və nəticə etibarı ilə gənc mütəxəssisləri şirkətimizlə uğurlu əməkdaşlığa cəlb etmək və şirkətimizin inkişafında onların bilik və bacarıqlarından səmərəli şəkildə faydalanmaqdan ibarətdir.

“SMTS” MMC sərgidə yüksək səviyyədə təmsil olundu. Öncədən şirkət üçün ayrılmış yerdə stendi (Roll-up) quruldu və masada təqdimat materilları təqdim edildi. AzMİU-nin Təcrübə və Karyera Mərkəzinin nümayəndəsi ilə görüşüldü. Şirkətimizə maraq göstərən gənclərə ətraflı məlumatlar verildi.

Tədbirin nəticəsi olaraq deyə bilərik ki, gənclər şirkətimizə böyük maraq göstərirdi. Belə ki, tədbir sonrası bir çox tələbə tərcümeyi-hallarını İnsan Resursları departamentinə təqdim etdi. Hal-hazırda əldə olunan müraciətlərin dəyərləndirilməsi aparılır.

Bizimlə əlaqə