Texniki İstehsalat Departamentinin Mühəndisi

Tələb olunan iş Bacarığı:

- Layihələrin incələnməsi və iş həcmlərinin hesablanması.
- Smetaların tərtibi.
- Layihə həllərinin verilməsi və Layihələndirmə işləri ilə bağlı texniki tapşırıqların hazırlanması.
- Texniki hesabatların hazırlanması.
- Material hesabatlarının hazırlanması.

Tələb olunan təhsil və biliklər:

- İnşaat sahəsində Ali təhsil (İnşaat mühəndisi).
- Texniki İstehsalat Departamentində (Şöbəsində) ən az 3 il iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
- Microsoft Office (Excel və Word) proqramlarını mükəmməl, AutoCad proqramında yaxşı səviyyədə işləmək bacarığı və sürətli hesabat hazırlama qabiliyyətinə malik olmalı.
- Azərbaycan dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək).
- Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli.
- Məsuliyyətli, dəqiq, işini vaxtında və keyfiyyətli təhvil verməli.
- Komandada işləmək bacarığına sahib olmalı.
- Analitik düşünmə qabiliyyəti və idarəetmə bacarığı olmalı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 30-55
- Əmək haqqı 1800 – 2300 AZN ( təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) hr@smts.az elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Mühəndisi” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back