Geodeziya mühəndisi

Tələb olunan iş Bacarığı:

  • Müəssisənin geodeziya xidmət sahəsinə texniki və metodiki işlərini həyata keçirir;
  • Bina və qurğuların, layihələrə uyğun dəqiq nişanlanmaşını, bölünmə əməliyyatlarının görülməsini və inşa olunmasını təmin etmək məqsədi ilə, kompleks geodeziya işlərini yerinə yetirir;
  • Layihədəki dəyişikliklər və ya hər hansı səbəblərdən meydana gələn xətaların aradan qaldırılması üçün layihədə düzəlişləri etməlidir;
  • Tikinti-quraşdırma işlərinin layihəyə uyğunluğunun təmin edilməsi;
  • Tikinti sahəsində görülən işlərə nəzarət edir və daha məsuliyyətli və ciddi geodeziya işlərinin icrasında birbaşa iştirakını təmin edir;
  • Sifarişçi, Podratçı və Subpodratçıdan geodeziya işlərinin təhvil-təslimini həyata keçirir;
  • Ölçmənin dəqiqlik həddini şərh edən standartlar fondunu və başqa sənədlərə tətbiq olunması texniki sənədlərin nizama salınması, tərtibi qaydalarını bilmək;
  • Geodeziya ölçmə işlərinin nəticələrinin riyazi hesablanması və layihəninn verilmiş planına uyğun kodlaşdırma işinin doğruluğnda məsuliyyət daşıyır;
  • İşlərinin icrasında əmək mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə üzrə norma və qaydaları.

Tələb olunan təhsil və biliklər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Geodeziya mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • Geodeziya işlərinin icrası üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini, digər istinad edilən rəhbər tutulan metodiki və normativ sənədləri;
  • Geodeziya alətlərini və onların istismar olunma qaydalarını;
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti olamlı. (İngilis dilini bilənlərə üstünlük veriləcək)
  • Microsoft Office və AutoCad proqramlarını əla səviyyədə bilməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
  • Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-45
  • Əmək haqqı: Təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “Geodeziya mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

We will be notified if you have a vacancy based on your data, otherwise your information will be stored in our database and will be reviewed again in the future if you have a suitable vacancy.

Request a call back