Графический дизайнер

Tələb olunan təhsil və təcrübə:

- Qrafik dizayn, vizual kommunikasiya sahələri ilə əlaqəli ali təhsil;

- Reklam materialları, çap və rəqəmsal dizayn sahəsində ən az 3 il iş təcrübəsi (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);

- İnşaat və ya sənaye sektoru üçün dizayn işlərində təcrübəsi olanlara üstünlük verilir.


Tələb olunan kompüter bilikləri:

- Adobe Creative Suite proqramlarını yüksək səviyyədə bilməli;

- Adobe InDesign – Buklet və broşur tərtibatı;

- Adobe Illustrator – Vektor qrafikası və loqotip dizaynı;

- Adobe Photoshop – Şəkil redaktəsi və keyfiyyətin artırılması;

- CorelDRAW, Figma və Canva kimi alternativ dizayn proqramlarında işləmək bacarığı üstünlükdür;

- Çap və rəqəmsal dizayn sahəsində texniki biliklərə malik olmalı (CMYK və RGB rəng modelləri, çap keyfiyyəti, format uyğunluğu və s.).


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili - C1

- İngilis dili – B2

- Rus dili – B2


Tələb olunan bacarıqlar:

- Şirkətin brend kitabçasına uyğun vizual materialların hazırlanması;

- Çap və rəqəmsal reklam materiallarının dizaynı (bukletlər, kataloqlar, sosial media postları, bannerlər və s.);

- Tipoqrafiya, rəng uyğunluğu və qrafik kompozisiya prinsiplərini bilməli;

- Loqotip, ikon və infoqrafika dizaynı üzrə bacarıqlı olmalı;

- Çap prosesi və poliqrafiya tələbləri barədə biliklərə malik olmalı;

- Sürətli işləmə və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.


Əmək şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 5 günlük iş həftəsi;

- Yarımştat və ya kənardan çalışmaq imkanları da var.


Əmək haqqı:

- Əmək haqqı məbləği net olaraq 1500 -2500 AZN aralığındadır.

- Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaq.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Qrafik Dizayner” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Станьте частью нашей команды

Если у нас появится вакансия на основе вашей информации, с вами свяжутся. В противном случае ваша информация будет храниться в нашей базе данных. Ваше резюме будет пересмотрено, если вы подходите для новой вакансии.

Request a call back