İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis

Tələb olunan iş bacarığı

  • Telefon və ya e-mail vasitəsi ilə sorğulara cavab verir. Kompüter sistemlərində, proqram və avadanlıq ilə bağlı daxil olan sorğu üzrə yardım və texniki dəstəyi təmin edir;
  • İşçilərin kompüter avadanlıqları, proqram təminatı və İT xidmətləri ilə təmin edilməsi, alınan yeni İT avadanlıqların quraşdırılması, sazlanması;
  • İstifadəçilərə təhvil verilən avadanlıqların istifadə qaydaları barədə istifadəçilərin təlimatlandırılması;
  • Kompüterlərə yeni proqram təminatını quraşdırmaq;
  • Kompüterlərin xarici avadanlıqlarının quraşdırılmasını, işə salınmasını və dəyişdirilməsini həyata keçirmək;
  • Virus əleyhinə proqramların sazlığına nəzarət edilməsi və onların yenilənməsini nəzarətdə saxlamaq;
  • Nasazlıqları vaxtında aşkara çıxarmaq məqsədi ilə Şirkətin struktur və bölmələrində şəbəkə avadanlığının və kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirməli;
  • Notebook və stolüstü kompüterlərin dövrü yoxlanılması həyata keçirməli;
  • Local (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemlərin həlli;
  • Şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görmək;
  • Şirkətin struktur və bölmələrində local şəbəkəsinin yaradılması. Kabel xətləri çəkilməsini təmin edir və kabel xətlərində yaranmış problemləri aradan qaldırır. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmirini yerinə yetirir;
  • İT avadanlıqlarının işində təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, SƏTƏM qaydalarına dair aşkarlanmış qayda pozuntularının qarşısının alınması üçün tədbirlər görür.

Tələb olunan təhsil və biliklər

  • Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter elmləri, Tətbiqi Riyaziyyat və s. texniki sahə üzrə)
  • İnformasiya Texnologiyaları üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
  • Microsoft Office (MS Excel,Word) proqramlarını əla səviyyədə bilməli;
  • Windows əməliyyat sistemləri; MS Ofis program paketi;
  • Şəbəkə Qurulması;
  • Kamera sistemlərinin qurulmasını;
  • İstismarda olan Kompüter və texniki avadanlıqların ümumi iş prinsipini;
  • Kompüterlərin proqram və avadanlıqlarının quraşdırılmasını;
  • Kabel xətlərinin çəkilməsini, şəbəkənin ümumi xüsusiyyətlərini, strukturunu və işləmə prinsipini;
  • Daxili Telefon – Mini ATS sisteminin quraşdırılmasını;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik bacarığı.

Digər tələb və şərtlər

  • Yaş həddi: 25-45
  • Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) elektron ünvanına mövzu yerinə “İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Станьте частью нашей команды

Если у нас появится вакансия на основе вашей информации, с вами свяжутся. В противном случае ваша информация будет храниться в нашей базе данных. Ваше резюме будет пересмотрено, если вы подходите для новой вакансии.

Request a call back