Инженер-электрик проектировщик

Tələb olunan təhsil və təcrübə:

- Layihəçi mühəndis elektrik ixtisası üzrə ali təhsil.

- “Layihəçi mühəndis elektrik” vəzifəsinə namizədin İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan kompüter bilikləri:

- Word, Excel, PowerPoint, Outlook, Microsoft Project, Autocad, Revit və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili – C1

- İngilis dili – C1

- Rus dili – B2


Tələb olunan bacarıqlar:

- İşçi layihələri və detallı işçi layihələri (shop drawing) işləmək və reviziya etmək;

- İşçi layihələri və detallı işçi layihələri əsasında işlərinin həcmini tərtib etmək;

- İş həcmi əsasında tələb olunan işçilik, material, avadanlıq və s. miqdarını müyyən etmək;

- İş həcmi əsasında iş qrafikini tərtib etmək.


Əmək şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 5 günlük iş həftəsi.


Əmək haqqı:

- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir;

- Əmək haqqı məbləği net olaraq 2000-4000 AZN aralığında nəzərdə tutulur. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaq.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Layihəçi mühəndis elektrik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Станьте частью нашей команды

Если у нас появится вакансия на основе вашей информации, с вами свяжутся. В противном случае ваша информация будет храниться в нашей базе данных. Ваше резюме будет пересмотрено, если вы подходите для новой вакансии.

Request a call back