Сми

3 000 000 часов безопасности

“SMTS” MMC mayın 1-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) sayca VI dəfə keçirilən Karyera Sərgisində iştirak edib. Qlobal miqyasda tanınan 90-dan artıq aparıcı müəssisə və təşkilatın iştirakı ilə baş tutan tədbirdə “SMTS” MMC yüksək səviyyədə təmsil olunub.

Karyera Sərgisində iştirak edən tələbə və məzunlar “SMTS”-in stendinə böyük maraq göstəriblər. Onlara həm şirkət haqqında, həm də mövcud vakansiyalar və təcrübə proqramları barədə geniş informasiya verilib. Bildirilib ki, nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda öz unikallığı, fərqliliyi ilə seçilən mühüm inşaat layihələrinə imza atan “SMTS” MMC peşəsini sevən, yenilikçi, elm və texnologiyanın ən son yeniliklərini inşaat sahəsində tətbiq etməyə səy göstərən gənclərlə əməkdaşlıq etməkdə maraqlıdır. Şirkət, həmçinin inşaat sahəsində təcrübə toplamaq, peşəkar mütəxəssislərin yanında dərin praktik biliklərə yiyələnmək, bacarıqlarını inkişaf etdirmək istəyən gənclərə şərait yaratmağa, ixtisasları üzrə karyera qurmaqda dəstək olmağa hazırdır.

Tədbir çərçivəsində, o cümlədən iş axtaran tələbə və məzunların sualları cavablandırılıb. Təqdim olunan iş imkanları barədə ətraflı məlumat alan gənclər uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.

1500-dən çox gəncə iş və təcrübə imkanlarının təqdim olunduğu sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, “SMTS” MMC bundan əvvəl də AzMİU tərəfindən keçirilən daha 2 Karyera Sərgisində iştirak edib.

Request a call back