Memar (Layihə qrupu)

Tələb olunan iş bacarığı

  • Tikinti obyektlətrinin layihələndirilməsi, layihə sənədlərinin (cizgilər, iş həcmləri cədvəli, hesabatlar) hazırlanması. Layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
  • Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
  • Mühəndis layihələrinin bir-biri ilə əlaqələndirmə, layihədə olan uyğunsuzluqları aradan qaldırmaq;
  • İşçi layihələrin hazırlanması, işçi layihələrinə dəyişikliklər etmək, layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək; texniki əsaslandırılmış normaların tətbiq edilməsi;
  • İş prosesinə nəzarət etmək, xərcləri hesablamaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək, təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək;
  • Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
  • Tikinti materialları, struktur, mexaniki və elektrik sistemi kodları və tətbiq üsulları biliklərinə malik olmalı; Layihələrin interyer işlənilməsi, işıqlandırma və digər müxtəlif daxili və xarici seçimləri təmin etmək.
  • Ərazi abadlıq və yaşıllaşdırma (landşaft) işlərinin işlənilməsi;
  • Verilən layihənin tikintidə (müəllif) nəzarətinin aparılması (daxili bölgülər)
  • Dövlət qrumları ilə razılaşmalar.
  • İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
  • Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;

Namizədə olan tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil
  • Memar olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
  • AutoCAD, ArchiCAD, 3D Max, Corel Draw, Microsoft Office proqramlarını bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək)
  • Azərbaycan dili əla səviyyədə, rus və ingilis dillərini orta səviyyədə bilməli
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli
  • Komandada işləmək bacarığına sahib olmalı
  • İşgüzar ünsiyyət bacarığı

Digər tələb və şərtlər:

  • Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində elektron ünvanına mövzu yerinə “Memar (Layihə qrupu)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Komandamızın bir üzvü

We will be notified if you have a vacancy based on your data, otherwise your information will be stored in our database and will be reviewed again in the future if you have a suitable vacancy.

Bizimlə əlaqə