Haqqımızda

Məqsədimiz Əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması və yükək keyifiyyəti rəhbər tutaraq sənaye və mülki binaların inşaasını həyata keçirməkdir.

Yüksək keyfiyyətli tikinti-quraşdırma işlərinin icra olunması üçün digər amil, yüksək ixtisaslı mühəndis-texniki heyətdən ibarət komandanın formalaşdırılmasıdır. Bu məqsədlər biz mühəndis-texniki heyətin müxtəlif təlimlərər qatılmasına, dünyanın qabaqcıl təhsil müəssisələrində təhsil səviyyələrinin yüksəldilməsinə, kadrlarımızın beynəlxalq konfranslarda iştirakına üstünlük veririk.

Şirkət tikinti-quraşdırma işlərini malik olduğu maddi-texniki baza, peşəkar mühəndis-texnik heyəti, keyfiyyətə nəzarət sistemi, qabaqcıl idarəetmə üsullarını tətbiq etməklə sifarişçi, layihəçi, podratçı şirkətlər, dövlət orqanları və digər maraqlı tərəflər ilə koordinasiya quraraq keyfiyyətlə, vaxtında və şəffaf qaydada həyata keçirir.

İnşaat şirkəti olaraq Beynəlxalq areanaya çıxmaq üçün, vacib tələblərdən biri də mükəmməl Keyfiyyətə Nəzarət Sisiteminin (KNS) formalaşdırılmasıdır. Son 20 ildə dünyada tikinti sektoru sürətlə inkişaf etməkdədir. Bunun nəticəsi olaraq da inşaat şirkətlərinin sayının artması inşaat sektorunda ciddi rəqabətin yaranmasına səbəb olur. Mükəmməl KNS olmadan keyfiyyətli tikinti-quraşdırma işlərinin aparılması mümkün deyildir. Bu səbəbdən “SMTS” MMC gələcəkdə də KNS-in inkişaf etdirilməsi üçün, maddi-texniki bazanın mükəmmələşdirilməsi, kadr potensialının gücləndirlməsi və tikinti norma və qaydalarına ciddi əməl olunması istiqamətində səylərini daha da artıracaqdır.

Qlobal istiləşmə, sənayeləşmənin artımı, meqa layihələrin icrası və s. səbəbdən ekoloji tarazlığın pozulması artıq hamını narahat etməkdədir. Digər istehsal sahələrində olduğu kimi, inşaat sektorunda da həm layihləndirmə işlərində, həm də tikinti-quraşdırma işərinin gedişatı prosesində ətraf mühitin qorunması tədbirlərinin kommersiya maraqlarından öndə olmasını tələb edir. Qeyd olunan məqamları rəhbər tutaraq “SMTS” MMC əsas məqsədlərindən ən birincisi aparılan layihləndirmə işlərinə daha çox vəsait və zaman sərf edərək tikinti-quraşdırma işləri aparılacaq ərazini daha yaxşı araşdırmaqla, ərazinin ekaloji balansını qorumaqla və ekalojitəmiz tikinti materiallarından istifadə etməklə inşaat işləri yerinə yetirməkdir.

SMTS şirkəti tikinti-quraşdırma işlərinin aparılması zamanı əməyin mühafizəsinə ciddi fikir verir. Əməyin təhlükəsizliyinin təmin edilməsi məqsəilə əməkdaşaların təlimlərdə iştirakını təmin etmək, işçilərin müvafiq fərdi mühafizə vasitələri ilə təmin olunmasına ciddi fikir verilir. Tikinti-quraşdırma işlərinin təşkili üçün iş metodlarının hazırlanmasında risklərin müəyyən olunması və qiymətləndirlməsi işi aparılır. Məqsədimiz daima bu sahədə beynəlxalq təcübəni öyrənmək və tətbiq etməklə qəzasız iş mühiti yaratmaqdır.

YÜKSƏK BİNALARLA YÜKSƏKLİKLƏRƏ DOĞRU

Missiya

Azərbaycan elmini və mühəndisliyini beynəlxalq arenaya çıxarması SMTS şirkətinin əsas missiyasıdır. İşgüzarlığı və dürüstlüyü rəhbər tutaraq, beynəlqalq təcrübəni öyrənməklə bu yolda irəliləməyə davam etməkdə qərarlıyıq.

Baxışımız

Ulu yaradan bizi əhatə edən təbiətdə nə yaradıbsa, müəkəmməl yaradıb. Bütün canlılar, dağlar, meşələr və okeanlar mükəmməl və qüsursuzdur. Hətta bəzən insana xoş gəlməyən səhralar, çöllər, bataqlıqlar, insan yaşamayan buzla örtülmüş yerlər belə mükəmməldir, gözəldir. İnsanlığın əbədi yer üzündə xoşbəxt yaşamasını istəyiriksə, bu nizamı pozmadan fəaliyyət göstərməliyik.

Dəyərlərimiz

SMTS şirkəti üçün insan amili ən vacib dəyərdir. İstənilən fəaliyyət növü, istənilən istehsal sahəsi insananın rifahına xidmət etmirsə, heç bir dəyəri yoxdur.

Bizimlə əlaqə