Informasiya Kommunikasiya Texnologiyalarə üzrə mütəxəssis

Vəzifə üzrə öhdəliklər:

  • Telefon və ya e-mail vasitəsi ilə sorğulara cavab verir. Kompüter sistemlərində, proqram və avadanlıq ilə bağlı daxil olan sorğu üzrə yardım və texniki dəstəyi təmin edir;
  • İşçilərin kompüter avadanlıqları, proqram təminatı və İT xidmətləri ilə təmin edilməsi, alınan yeni İT avadanlıqların quraşdırılması, sazlanması;
  • İstifadəçilərə təhvil verilən avadanlıqların istifadə qaydaları barədə istifadəçilərin təlimatlandırılması;
  • Kompüterlərə yeni proqram təminatlarını quraşdırmaq;
  • Kompüterlərin xarici avadanlıqlarının quraşdırılmasını, işə salınmasını və dəyişdirilməsini həyata keçirmək;
  • Virus əleyhinə proqramların sazlığına nəzarət edilməsi və onların yenilənməsini nəzarətdə saxlamaq;
  • Nasazlıqları vaxtında aşkara çıxarmaq məqsədi ilə Şirkətin struktur və bölmələrində şəbəkə avadanlığının və kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirməli;
  • Notebook və stolüstü kompüterlərin dövrü yoxlanılması həyata keçirməli;
  • Local (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemlərin həlli;
  • Şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görmək;
  • Şirkətin struktur və bölmələrində local şəbəkəsinin yaradılması. Kabel xətləri çəkilməsini təmin edir və kabel xətlərində yaranmış problemləri aradan qaldırır. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmirini yerinə yetirir.
  • Kamera sistemlərinin qurulmasını, DVR və NVR-ın qurulması;
  • Daxili Telefon – Analoq, İP telefon sisteminin quraşdırılmasını;

Tələb olunan Təhsil:

Təhsil – İnformasiya Texnologiyaları, Kompüter elmləri, Tətbiqi Riyaziyyat və s. texniki sahə üzrə ali təhsil (Türkiyə, Avropa, ABŞ universitetlərini, Azərbaycanda ADA Universitetini, Xəzər Universitetini, ADNSU, Qafqaz universitetini (Qafqaz universitetini 2017-ci ilə qədər) bitirənlərə üstünlük verilir)).

Sertifikat – İxtisası üzrə Beynəlxalq Akreditasiyadan keçən qurumlar tərəfindən verilən setifikatlara malik olanlara üstünlük verilir.


Tələb olunan Təcrübə:

İnformasiya Texnologiyaları üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);


Tələb olunan Kompüter bilikləri:

  • Microsoft Office - Word, Excel, PowerPoint, Outlook ve s.-də sərbəst işləmək və sürətli yazmaq bacarığı tələb olunur.
  • Windows 7, 10 əməliyyat sistemlərini əla səviyyədə bilməli;
  • Serverlərdə işləmək üçün ilkin biliklər;
  • MacOS ilə işləmək, çıxan problemlərin həlli (Format etmək, MacOS və Windows yazılması).
  • Kompüterlərin proqram və avadanlıqlarının quraşdırılmasını;
  • Kabel xətlərinin çəkilməsini, şəbəkənin ümumi xüsusiyyətlərini, strukturunu və işləmə prinsipini;
  • Wi-Fi və LAN şəbəkə qurmaq bacarığı;
  • Ümumilikdə Microsoft Office proqramları üzrə sertifikatları olan, İKT ilə işini qurmağa üstünlük verən namizədlərə üstünlük verilir.

Tələb olunan dil bilikləri:

- Azərbaycan dili - əla səviyyədə (ingilis və rus dillərini bülənlərə üstünlük veriləcəkdir).


Əmək şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İstirahət günü: bazar günü, bayramlar daxil;
  • İş saatı: 09:00-18:00-dək (bir saat nahar fasiləsi);
  • Əlavə iş günü və iş saatının qanunvericiliyə uyğun nizamlanması və ödənilməsi.

Əmək Haqqı:

Əmək Haqqı: NETT olaraq 1000 - 1800 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur); Əmək haqqı iki hissəyə bölunməklə ayda iki dəfə ödənilir.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Komandamızın bir üzvü ol

Məlumatlarınız əsasında vakansiyamız varsa, sizə gerdönüş ediləcək. Əks halda məlumatınız verilənlər bazamızda saxlanılacaq. Yeni vakansiyaya uyğun olduğunuz halda CV-niz yenidən nəzərdən keçiriləcək.

Bizimlə əlaqə