Planlama mühəndisi

Tələb olunan Təhsil və təcrübə:

- İnşaat mühəndisi ixtisası üzrə ali təhsil.

- “Planlama mühəndisi” vəzifəsinə namizəd İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan Kompüter bilikləri:

- Primavera 6, Microsoft Project, Word, Excel, PowerPoint, Outlook ve s. proqramlarda sərbəst işləməyi, Autocad, SAP proqramında işləmək bacarığı, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalıdır.

Tələb olunan dil bilikləri:


- Azərbaycan dili – C1

- İngilis dili – C1

- Rus dili – B2


Tələb olunan Bacarıqlar:

- Tikinti işlərinin qrafiklərinin hazırlanması və plan üzrə icrasına nəzarət;

- Resurslardan və layihə icra müddətlərindən səmərəli istifadə olunmasının təmin edilməsi;

- İşlərin gedişatı ilə bağlı mütəmadi hesabatların hazırlanması;

- Plandan kənaraçıxmaların təhlili və lazımi düzəlişlərin tətbiqi;

- S-əyrisi və işçi heyətinin hərəkəti histoqramının hazırlanması;

- Layihə prosesində mümkün gecikmələrin və problemlərin əvvəlcədən müəyyənləşdirilməsi;

- Risklərin aradan qaldırılması və dəyişikliklərin effektiv idarə olunması;

- Layihə rəhbərliyi, podratçılar, təchizatçılar və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq;

- Sahə iclaslarında və müzakirələrdə aktiv iştirak;

- Tender üçün iş və təchizat qrafikinin hazırlanması;

- Sahələrə səfərlər edərək, həyata keçirilən işlərin göndərilən hesabatlarla uyğunluğunun yoxlanılması.


Əmək Şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 6 günlük iş həftəsi;

- Nahar yeməyi ilə təmin olunma;

- İş yeri: Bakı şəhəri.


Əmək Haqqı:

- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir.

- Regionlara ezamiyyə könüllülük prinsipi ilə həyata keçirilir, yemək və qalmaq xərclərindən əlavə əmək haqqına 20-40% əlavə edilir.

- Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına və onun idarə edə biləcəyi layihənin (obyektin) məsuliyyət dərəcəsinə görə təklif olunacaq.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Planlama mühəndisi” yazaraq göndərilmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Komandamızın bir üzvü ol

Məlumatlarınız əsasında vakansiyamız varsa, sizə gerdönüş ediləcək. Əks halda məlumatınız verilənlər bazamızda saxlanılacaq. Yeni vakansiyaya uyğun olduğunuz halda CV-niz yenidən nəzərdən keçiriləcək.

Bizimlə əlaqə