Tələb olunan təhsil və təcrübə:
- Elektrik mühəndisi ixtisası üzrə ali təhsil;
- “Keyfiyyətə nəzarət üzrə elektrik mühəndisi” vəzifəsinə namizədin İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu ixtisas üzrə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
Tələb olunan kompüter bilikləri:
- Word, Excel, PowerPoint, Outlook, Autocad və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.
Tələb olunan dil bilikləri:
- Azərbaycan dili - C1
- İngilis dili - C1
- Rus dili – B2
Tələb olunan bacarıqlar:
- Elektrik layihələrini işləmək və reviziya etmək;
- Elektrik layihələri əsasında elektrik quraşdırma işlərinin həcmini müyyən etmək;
- Elektrik quraşdırma işlərinin həcmi əsasında tələb olunan işçilik, material, avadanlıq və s. miqdarını müyyən etmək;
- Elektrik quraşdırma işlərinin həcmi əsasında iş qrafikini tərtib etmək;
- Tikinti sahəsində elektrik işlərinin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
- Elektrik işlərinə aid sənədləri (MAR, MS, NFİ, CHK, İTP plan və s.) tərtib etmək;
-Elektrik avadanlıqları və cihazlarının təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
- Elektrik avadanlıqlarının quraşdırılmasını və onların standartlara uyğun test və sınaq işlərini yerinə yetirmək;
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, elektrik sistemlərinin uyğunluğu barədə hesabat təqdim etmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını yoxlayaraq rəy vermək;
- Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təqdim etmək.
Əmək şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 5 günlük iş həftəsi;
- İşçi geyimi ilə təmin olunma;
- Nahar ilə təmin olunma.
Əmək haqqı:
- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir;
- Əmək haqqı məbləği net olaraq 2000-3500 AZN aralığındadır. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaq.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə elektrik mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.