Construction engineer

Tələb olunan təhsil və təcrübə:

- İnşaat mühəndisi ixtisası üzrə ali təhsil.

- “İnşaat mühəndisi” vəzifəsinə namizədin İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan kompüter bilikləri:

- Word, Excel, PowerPoint, Outlook, Microsoft Project, Autocad və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili – C1

- İngilis dili – C1

- Rus dili – B2


Tələb olunan bacarıqlar:

- Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmək.

- Layihədə olan uyğunsuzluqların müəyyən edilməsi və müvafiq həll variantının verilməsi.

- Smetalarda olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edilməsi;

- İş qrafikinin tərtib edilməsi;

- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması;


Əmək şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 6 günlük iş həftəsi.

- İşçi geyimi ilə təmin olunma;

- Nahar ilə təmin olunma;

- İş yeri: Bakı şəhəri.


Əmək haqqı:

- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir;

- Regionlara ezamiyyə könüllülük prinsipi ilə həyata keçirilir, yemək və qalmaq xərclərindən əlavə əmək haqqına 20-40% əlavə edilir.

- Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına və onun idarə edə biləcəyi layihənin (obyektin) məsuliyyət dərəcəsinə görə təklif olunacaq.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “İnşaat mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back