Vəzifə üzrə öhdəliklər:
- Telefon və ya e-mail vasitəsi ilə sorğulara cavab verir. Kompüter sistemlərində, proqram və avadanlıq ilə bağlı daxil olan sorğu üzrə yardım və texniki dəstəyi təmin edir;
- İşçilərin kompüter avadanlıqları, proqram təminatı və İT xidmətləri ilə təmin edilməsi, alınan yeni İT avadanlıqların quraşdırılması, sazlanması;
- İstifadəçilərə təhvil verilən avadanlıqların istifadə qaydaları barədə istifadəçilərin təlimatlandırılması;
- Kompüterlərə yeni proqram təminatlarını quraşdırmaq;
- Kompüterlərin xarici avadanlıqlarının quraşdırılmasını, işə salınmasını və dəyişdirilməsini həyata keçirmək;
- Virus əleyhinə proqramların sazlığına nəzarət edilməsi və onların yenilənməsini nəzarətdə saxlamaq;
- Nasazlıqları vaxtında aşkara çıxarmaq məqsədi ilə Şirkətin struktur və bölmələrində şəbəkə avadanlığının və kompüterlərin monitorinq və diaqnostika işlərini yerinə yetirməli;
- Notebook və stolüstü kompüterlərin dövrü yoxlanılması həyata keçirməli;
- Local (LAN), Qlobal (WAN) şəbəkə və digər sistemlərdəki texniki problemlərin həlli;
- Şəbəkə avadanlıqlarının fasiləsiz işini təmin edilməsi və iş prosesində ortaya çıxan çətinliklərin aradan qaldırılmasında operativ tədbirlər görmək;
- Şirkətin struktur və bölmələrində local şəbəkəsinin yaradılması. Kabel xətləri çəkilməsini təmin edir və kabel xətlərində yaranmış problemləri aradan qaldırır. Şəbəkə xətlərinin, ayrı-ayrı qurğuların sınağını və xırda təmirini yerinə yetirir.
- Kamera sistemlərinin qurulmasını, DVR və NVR-ın qurulması;
- Daxili Telefon – Analoq, İP telefon sisteminin quraşdırılmasını;
Tələb olunan Təhsil:
Təhsil – İnformasiya Texnologiyaları, Kompüter elmləri, Tətbiqi Riyaziyyat və s. texniki sahə üzrə ali təhsil (Türkiyə, Avropa, ABŞ universitetlərini, Azərbaycanda ADA Universitetini, Xəzər Universitetini, ADNSU, Qafqaz universitetini (Qafqaz universitetini 2017-ci ilə qədər) bitirənlərə üstünlük verilir)).
Sertifikat – İxtisası üzrə Beynəlxalq Akreditasiyadan keçən qurumlar tərəfindən verilən setifikatlara malik olanlara üstünlük verilir.
Tələb olunan Təcrübə:
İnformasiya Texnologiyaları üzrə mütəxəssis olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
Tələb olunan Kompüter bilikləri:
- Microsoft Office - Word, Excel, PowerPoint, Outlook ve s.-də sərbəst işləmək və sürətli yazmaq bacarığı tələb olunur.
- Windows 7, 10 əməliyyat sistemlərini əla səviyyədə bilməli;
- Serverlərdə işləmək üçün ilkin biliklər;
- MacOS ilə işləmək, çıxan problemlərin həlli (Format etmək, MacOS və Windows yazılması).
- Kompüterlərin proqram və avadanlıqlarının quraşdırılmasını;
- Kabel xətlərinin çəkilməsini, şəbəkənin ümumi xüsusiyyətlərini, strukturunu və işləmə prinsipini;
- Wi-Fi və LAN şəbəkə qurmaq bacarığı;
- Ümumilikdə Microsoft Office proqramları üzrə sertifikatları olan, İKT ilə işini qurmağa üstünlük verən namizədlərə üstünlük verilir.
Tələb olunan dil bilikləri:
- Azərbaycan dili - əla səviyyədə (ingilis və rus dillərini bülənlərə üstünlük veriləcəkdir).
Əmək şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 6 günlük iş həftəsi;
- İstirahət günü: bazar günü, bayramlar daxil;
- İş saatı: 09:00-18:00-dək (bir saat nahar fasiləsi);
- Əlavə iş günü və iş saatının qanunvericiliyə uyğun nizamlanması və ödənilməsi.
Əmək Haqqı:
Əmək Haqqı: NETT olaraq 1000 - 1800 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur); Əmək haqqı iki hissəyə bölunməklə ayda iki dəfə ödənilir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.