Low Voltech Quality Control Engineer

Tələb olunan təhsil və təcrübə:

- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə ali təhsil;

- “Keyfiyyətə nəzarət üzrə zəif axın mühəndisi” vəzifəsinə namizədin İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu ixtisas üzrə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan kompüter bilikləri:

- Word, Excel, PowerPoint, Outlook, Autocad və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili – C1

- İngilis dili – C1

- Rus dili – B2


Tələb olunan bacarıqlar:

- Zəif axın layihələrini işləmək və reviziya etmək;

- Zəif axın layihələri əsasında elektrik quraşdırma işlərinin həcmini müəyyən etmək;

- Zəif axın quraşdırma işlərinin həcmi əsasında tələb olunan işçilik, material, avadanlıq və s. miqdarını müyyən etmək;

- Zəif axın quraşdırma işlərinin həcmi əsasında iş qrafikini tərtib etmək;

- Tikinti sahəsində zəif axın işlərinin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;

- Zəif axın işlərinə aid sənədləri (MAR, MS, NFİ, CHK, İTP plan və s) tərtib etmək;

- Zəif axın avadanlıqları və cihazlarının təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;

- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;

- Zəif axın avadanlıqlarının quraşdırılmasını və onların standartlara uyğun test və sınaq işlərini yerinə yetirmək;

- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif axın sistemlərinin uyğunluğu barədə hesabat təqdim etmək;

- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını yoxlayaraq rəy vermək;

- Layihənin müvafiq olaraq zəif axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;

- Layihələrin zəif axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək.


Əmək şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 5 günlük iş həftəsi;

- İşçi geyimi ilə təmin olunma;

- Nahar ilə təmin olunma;


Əmək haqqı:

- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir;

- Əmək haqqı məbləği net olaraq 2000-3500 AZN aralığındadır. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaq.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə zəif axın mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back