1. Vakansiya üzrə tələb verən Departament:
HSND (Hüquq və Sənədlərə Nəzarət Departamenti)
2. Tələb Olunan Vakansiya:
Hüquqşünas
3. Vəzifə üzrə öhdəliklər:
- Müəssisə daxilində əmr, təlimat, prosedurlar, əsasnamələr, bütün növ məktublar, etibarnamələrin və digər normativ xarakterli sənədlərin hazırlanması, reviziya edilməsi;
- Müəssisənin tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrinin hazırlanması, təqdim edilən müqavilə layihələrinin ekspertizasını həyata keçirilməsi;
- Mal, xidmət satınalma əməliyyatlarını aparmaq üçün bağladığı müqavilələrin vahid idarəetmə mexanizmində iştirak etmək, tələbin yaradılmasından müqavilənin bağlanmasına qədər olan fəaliyyətdə iştirak etmək, müqavilələrin PT və vahid qovluqlar sistemində dövriyyəsini təşkil etmək;
- Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmini;
- Müəssisədə iş proseslərinin axışına daxil olan addımlara uyğun mövcud hüquqi fəaliyyət prosedurlarının redaktə edilməsi və ya yeni prosedurların hazırlanması;
- Müəssisədə iş proseslərinin axışına daxil olan proseslərin izlənilməsi, gecikmələrin aydınlaşdırılması, İş axışındakı iştirakçıların fəlaiyyətinə nəzarət etmək, İş axışı ilə bağlı vaxtaşırı monitorinqlər aparmaq, bununla bağlı qeydiyyat-uçot cədvəllərinin hazırlanması və yayımlanması;
- Şirkətin fəaliyyətinin tənzimlənməsi prosedurlarında əks olunan proseslərin müntəzəm auditi, İşçilər tərəfindən prosedurlara və sənədlərə nəzarət qaydalarının tələbələrinə uyğun işləməsinin təmin edilməsi məqsədilə şirkətin fəaliyyətini monitorinq etmək, qanunauyğunluğu müəyyən etmək və uyğunluğu qiymətləndirmək.
- Müəssisədə tətbiq olunan proqram təminatında hüquqi sənədlərin dövriyyəsindən və məlumatların qeydiyyatından irəli gələn işlərin, sənədlərin, məlumatların proqrama daxil edilməsi, izlənilməsi, hər hansı çatışmazlığın aşkar olunduğu halda rəhbərliyə məlumatın verilməsi. Proqram təminatında digər departamentlərin işlərinin axsamaması üçün öz departamentinə aid olan məlumatların vaxtında proqrama daxil edilməsi;
- Bütün hüquqi sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının, reyestrinin aparılmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi.
- Müqavilələrin, əlavələrinin, qarantiyaların qeydiyyat reyestrini aparmaq, müqavilələrin icra müddətinin, qarantiyaların qüvvədə olma müddətinin mütəmadi izlənilməsi və müddətlərin bitməsi barədə qabaqcadan müvafiq aidiyyatı departamentləri və inşaat layihələrinin məsul şəxslərini məlumatlandırmaq.
- Müəssisənin fəaliyyətində tətbiq olunan qanunları və normativ sənədləri izləmək, hüquqi-normativ bazanın yenilənməsi.
- Fikirlərini Azərbaycan və İngilis dilində sərbəst ifadə edə bilməlidir. Dilin qrammatik qaydalarına əməl etməklə fikirlərini ifadə edə bilməli. İşində fikirlərini və tələblərini şifahi ifadə etməklə yanaşı, paralel olaraq elektron ortamda aparmağa meyilli olmalıdır.
4. Tələb olunan Təhsil:
- Təhsil – Hüquq ixtisası üzrə ali təhsil (Türkiyə, Avropa, ABŞ universitetlərini, Azərbaycanda Bakı Dövlət Universitetini bitirənlərə üstünlük verilir).
- Sertifikat – İxtisası üzrə Beynəlxalq Akreditasiyadan keçən qurumlar tərəfindən verilən setifikatlara malik olanlara üstünlük verilir.
5. İş Stajı və təcrübə:
- Hüquqşünas olaraq ən azı 3 il iş stajı tələb olunur. Amma Hüquqşünas ixtisası üzrə Universiteti fərqlənmə diplomu ilə bitirənlər iş stajı olmadan da işə qəbul edilir. Ümumilikdə əsasən Hüquqşünas olaraq inşaat sektorunda İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olan namizədlər üstünlük verilir.
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübə.
6. Tələb olunan Kompüter bilikləri:
- Microsoft Office - Word, Excel, PowerPoint, Outlook ve s.-də sərbəst işləmək və sürətli yazmaq bacarığı tələb olunur. Ümumilikdə Microsoft Office proqramları üzrə sertifikatları olan, İKT ilə işini qurmağa üstünlük verən namizədlərə üstünlük verilir.
7. Tələb olunan dil bilikləri:
- Azərbaycan dili - əla səviyyədə;
- İngilis dili - əla səviyyədə (C1, Ən azı B2)
- Rus dili - bilənlərə üstünlük verilir.
8. Əmək şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 5 günlük iş həftəsi;
- İstirahət günü: şənbə, bazar, bayramlar daxil;
- İş saatı: 09:00-18:00-dək (bir saat nahar fasiləsi);
- Əlavə iş günü və iş saatının qanunvericiliyə uyğun nizamlanması və ödənilməsi.
9. Əmək Haqqı:
- Əmək haqqı: NETT olaraq 1500 – 2500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur); Əmək haqqı iki hissəyə bölunməklə ayda iki dəfə ödənilir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.