Lead accountant

Tələb olunan təhsil və təcrübə:

- Mühasibat uçotu, maliyyə, iqtisadiyyat ixtisası üzrə ali təhsil;

- “Aparıcı mühasib” vəzifəsinə namizədin Beynəlxalq Maliyyə Uçotu Proqramını tətbiq edən şirkətdə bu ixtisas üzrə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan kompüter bilikləri:

- Word, Excel, Outlook və s. proqramlarda sərbəst işləməyi bacarmalı, o cümlədən kompürterdə sürətli işləməyi bacarmalı;

- SAP proqramı və ya ona bənzər beynəlxalq səviyyəli proqramlardan ən azı məlumatlı olmaq.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili – C1

- İngilis dili – C1

- Rus dili - B2


Tələb olunan bacarıqlar:

- Tikinti istehsalatı ilə bağlı biliklərə malik olmaq;

- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların aparılmasını bilmək;

- İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;

- Rentabelliyin daim nəzarətdə saxlanılması məqsədilə şirkətin fəaliyyətinə məxsus maya dəyərləri, vergi riskləri, kreditor və debitorlarla düzgün hesablaşmalar aparmaq;

- Mal-material uçotunun düzgün təşkili və anbar uçotunun aparılması;

- Pul vəsaitləri haqqında hesabatın, mənfəət və balans hesabatlarının aylıq və illik olaraq tərtibi və analizlərini həyata keçirmək, vergi qaydalarının uyğunluğunu təmin etmək;

- Hesab və elektron qaimə-fakturaların yazılması;

- Mal/xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;

- Vergi, statistika və DSMF hesabatların hazırlanması.


Əmək şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 5 günlük iş həftəsi.


Əmək haqqı:

- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir.

- Əmək haqqı məbləği net olaraq 2000-3500 AZN aralığındadır. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaqdır.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Aparıcı mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back