Planning Manager

Tələb olunan Təhsil və təcrübə:

Təhsil - İnşaat və İstehsalatın İdarə olunması ixtisası üzrə Türkiyə, Avropa, ABŞ universitetlərində ali təhsil alanlara, Azərbaycanda Xəzər unversteti və Qafqaz unverstetini (2017 ci ilə qədər bitirənlər) bitirənlərə üstünlük verilir;

İş Stajı - Ən azı 3 il davamlı olaraq İSO standartlarına uyğun işini təşkil edən, Beynəlxalq layihələrdə Baş Podratçı olan bir İnşaat Şirkətində Planlama Meneceri olaraq peşəkar təcrübəsinin olması;
Sertifikat - Akreditasiyası olan beynəlxalq şirkətdən PMP və Primavera P6 sertifikatı.


Tələb olunan Kompüter bilikləri:

- Microsoft Office - Word, Excel, PowerPoint, Outlook ve s.-də sərbəst işləməyi bacarmalıdır. Fikirlərini Azərbaycan ve İngilis dilində sərbəst ifadə edə bilməlidir. Dilin qrammatik qaydalarına əməl etməklə fikirlərini ifadə edə bilməli. İşində fikirlərini ve tələblərini şifahi ifadə etməklə yanaşı, paralel olaraq elektron ortamda aparmağa meyilli olmalı. Fikir ve tələblərini izah edəndə müxtəlif dioqramlar, slaydlar, cədvəllər, cizgilər və s ilə daha dolğun ifadə etməyi bacarmalıdır;
- Primavera - proqramda yüksək səviyyədə işləməyi bacarmalı. Tikinti Quraşdırma İşlərinin texnologiyasını bilməli, bilmədiyi TQİ ilə bağlı bilikləri əldə etməli olduğu mənbəni bilməli, araşdırma aparmaq qabiliyyəti olmalıdır;
- Autocad və Archicad - ən azı 2D formatda orta səviyyədə işləmək bacarığı.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili - əla səviyyədə;
- İngilis dili - əla səviyyədə;
- Rus dili – yaxşı səviyyədə.


Tələb olunan Bacarıqlar:

- Təqdim olunmuş Layihə və İş həcmlərinə görə İş Qrafikinin hazırlanmasını bacarmalır;
- Müxtəlif təyinatlı Tikinti Quraşdırma İşlərinin yerinə yetilməsi üçün tələb olunan müxtəlif peşələrə malik işçi sayını, maşın-mexanizm sayını hesablamaq üçün normaları bilməli, həm də bu parametrləri müəyyən etmək üçün təcrübəyə malik olmalıdır;
- TQİ nin gedişində periodik olaraq həftəlik, aylıq və s. analizlər apararaq, qrafikin tələblərinə uyğun durumla bağlı hesabatlar tərtib etməyi bacarmalı, geriləmələr olduqda vəziyyətdən çıxış yollarını müəyyən edə bilməlidir.


Digər şərtlər:

- Əmək haqqı: NETT olaraq 3000 - 5500 AZN (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur);
- İş rejimi: 6 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri, H. Əliyev pr. 109 ünvanında İnşa olunan 50 Mərtəbəli “Baku Tower” İş mərkəzi.



Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Planlama Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back