Tələb olunan Təhsil və təcrübə:
- Elektrik mühəndisi ixtisası üzrə ali təhsil.
- “Elektrik mühəndisi” vəzifəsinə namizəd İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).
Tələb olunan Kompüter bilikləri:
- Word, Excel, Outlook ve s. proqramlarda sərbəst işləməyi, Autocad, SAP proqramında işləmək bacarığı, o cümlədən Kompüterdə sürətli işləməyi bacarmalıdır.
Tələb olunan dil bilikləri:
- Azərbaycan dili – C1
- İngilis dili – C1
- Rus dili – B2
Tələb olunan Bacarıqlar:
- Sifarışçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
- Sənaye bina və tikililərinin, inzibati binaların rabitə və siqnalizasiya şəbəkələrinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
- İstehsalat, inzibati və yaşayış binalarının elektrik təchizatının layihələndirilməsi;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
- Layihə sənədlərinin razılaşdırılması və ekspertizasında iştirak;
- Layihə həllinin əlaqəli şöbələr tərəfindən yerinə yetirilən layihənin digər bölmələri üzrə layihə həllinə uyğunlaşdırılması;
- Sifarişçidən, avadanlıq istehsalçılarından lazımi məlumatın alınması;
- Müəllif və texniki nəzarətin həyata keçirilməsi;
- Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
- Ərazidə yerləşən elektrik təssərrüfatına nəzarəti təmin edir;
- Tələb olunan texniki sənədlərin hazırlanmasını yerinə yetirir;
- Aparılan elektrik quraşdırma işlərinə daim nəzarət etməli;
- Baş verən texniki nasazlıqların səbəblərinin araşdırılması, elektrik avadanlıqlarının istismar və təmirində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənilib hazırlanması;
Əmək Şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: 6 günlük iş həftəsi;
- Nahar yeməyi ilə təmin olunma;
- İş yeri: Bakı şəhəri.
Əmək Haqqı:
- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir.
- Regionlara ezamiyyə könüllülük prinsipi ilə həyata keçirilir, yemək və qalmaq xərclərindən əlavə əmək haqqına 20-40% əlavə edilir.
- Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına və onun idarə edə biləcəyi layihənin (obyektin) məsuliyyət dərəcəsinə görə təklif olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Elektrik mühəndisi” yazaraq göndərilməsi xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.