Mechanical Quality Control Engineer

Tələb olunan təhsil və təcrübə:

- Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;

- “Keyfiyyətə nəzarət üzrə mexanika mühəndisi” (isitmə-soyutma, havalandırma, su-kanalizasiya və s.) vəzifəsinə namizədin İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu ixtisas üzrə ən az 2 il (fasiləsiz) iş təcrübəsi olmalı (beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan kompüter bilikləri:

- Word, Excel, PowerPoint, Outlook, Autocad və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili – C1

- İngilis dili – C1

- Rus dili – B2


Tələb olunan bacarıqlar:

- Mexanika layihələrini işləmək və reviziya etmək;

- Mexanika layihələri əsasında elektrik quraşdırma işlərinin həcmini müəyyən etmək;

- Mexanika quraşdırma işlərinin həcmi əsasında tələb olunan işçilik, material, avadanlıq və s. miqdarını müyyən etmək;

- Mexanika quraşdırma işlərinin həcmi əsasında iş qrafikini tərtib etmək;

- Tikinti sahəsində mexanika işlərinin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;

- Mexanika işlərinə aid sənədləri (MAR, MS, NFİ, CHK, İTP plan və s) tərtib etmək;

- Mexanika avadanlıqları və cihazlarının təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;

- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;

- Mexanika avadanlıqlarının quraşdırılmasını və onların standartlara uyğun test və sınaq işlərini yerinə yetirmək;

- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika sistemlərinin uyğunluğu barədə hesabat təqdim etmək;

- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını yoxlayaraq rəy vermək;

- Layihənin müvafiq olaraq mexanika sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;

- Layihələrin mexanika hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təqdim etmək.


Əmək şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 5 günlük iş həftəsi;

- İşçi geyimi ilə təmin olunma;

- Nahar ilə təmin olunma.


Əmək haqqı:

- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir;

- Əmək haqqı məbləği net olaraq 2000-3500 AZN aralığındadır. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaq.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mexanika mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back