Qlobal istiləşmə, sənayeləşmənin yüksək tempi, meqa layihələrin icrası və s. səbəbdən ekoloji tarazlığın pozulması artıq hamını narahat etməkdədir.
Digər istehsal sahələrində olduğu kimi, inşaat sektorunda həm layihələndirmə işlərində, həm də tikinti-quraşdırma işlərinin gedişatı prosesində ətraf mühitin qorunması tədbirlərinin kommersiya maraqlarından öndə olması tələb olunur.
Qeyd olunan məqamları rəhbər tutaraq “SMTS” MMC-nin əsas məqsədlərindən ən birincisi aparılan layihələndirmə işlərinə daha çox vəsait və zaman sərf edərək tikinti-quraşdırma işləri aparılacaq ərazini daha yaxşı araşdırmaq, ərazinin ekoloji balansını qorumaq və ekoloji təmiz tikinti materiallarından istifadə etməklə inşaat işləri yerinə yetirməkdir.