Nəinki Azərbaycanın, ümumiyyətlə Cənubi Qafqazın tikinti sektorunda unikal layihələrin icraçısı kimi tanınan “SMTS” MMC yalnız hündürmərtəbəli göydələnlər, göz oxşayan inzibati binalar inşa etmir. Şirkət, həmçinin ölkə üçün əhəmiyyətli, mühüm tədbirlərin keçirilməsinə də töhfə verməyə, dəstək olmağa çalışır.
Elə bu amalla da “SMTS” MMC Azərbaycanda keçirilən Minifutbol üzrə Dünya Çempionatına sponsorluq edir.
Qeyd edək ki, Minifutbol üzrə Dünya Çempionatı 2 ildə bir dəfə olmaqla Dünya Minifutbol Federasiyası tərəfindən keçirilir. May ayının 21-dən start götürən 5-ci dünya çempionatı iyun ayının 1-nə qədər Milli Gimnastika Arenasında davam edəcək. Çempionatda, ümumilikdə 32 milli komanda 8 qrupda mübarizə aparacaq.