Media

“SMTS” MMC tələbə və məzunlar üçün keçirilən karyera sərgisində

“SMTS” MMC Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 aprel 2023-cü il tarixində təşkil etdiyi “Karyera Sərgisi”ndə iştirak edib.

Sərgidə 80-ə yaxın dövlət qurumu, özəl şirkət və müəssisə təmsil olunub. Tələbə və məzunlara ixtisasları üzrə uğurlu karyera qurmalarına kömək etmək məqsədilə müxtəlif vakansiyalar üzrə çox sayda iş yeri təklif edilib.

“SMTS“ MMC-nin bu kimi tədbirlərdə iştirak etməkdə əsas məqsədi öz ixtisası üzrə karyera qurmaq istəyən gənclərə bilik və bacarıqlarını inkişaf etdirməkdə dəstək olmaq, öz potensiallarını iş mühitində nümayiş etdirməyə şərait yaratmaq, onlara təcrübəli mütəxəssislərin yanında daha dərin praktik biliklərə malik olmaq imkanını yaratmaq və nəticə etibarı ilə gənc mütəxəssisləri şirkətimizlə uğurlu əməkdaşlığa cəlb etmək və şirkətimizin inkişafında onların bilik və bacarıqlarından səmərəli şəkildə faydalanmaqdan ibarətdir.

“SMTS” MMC sərgidə yüksək səviyyədə təmsil olunub. Şirkətin stendinə yaxınlaşan bütün gənclərə vakansiyalar barədə ətraflı məlumat verilib. Gənclər “SMTS” MMC-yə böyük maraq göstəriblər.

Bizimlə əlaqə