Yekunlaşıb 2010-2015

Çinar Plaza

Bakı şəhəri, Heydər Əliyev prospekti 102 ünvanında inşa edilən „Çinar Plaza“ İş Mərkəzi 35 mərtəbə və bir mərtəbə zirzəmidən ibarətdir. 35 mərtəbənin 30 mərtəbəsi ofis üçün yararlı sahədir. Binada 1800 işçi yeri nəzərdə tutulmuşdur. Binanın isitmə və soyutma sistemləri beynəlxalq standartlara uyğun olaraq idarə edilir.

Elektrik və digər sistemlərinin qənaətli idarə edilməsi üçün BMS sistemi də quraşdırılmışdır. "Çinar plaza"nın 28-ci mərtəbəsində restoran, 27-ci mərtəbəsində isə bir toplantı və bir konfrans zalı mövcuddur. Əsas binanın yanında yerləşən 5 mərtəbəli köməkçi binanın 5-ci mərtəbəsində 200 nəfərlik böyük restoran və 273 nəfərlik konfrans zalı inşa olunmuşdur. Həmin köməkçi binanın ilk dörd mərtəbəsi 212 avtomobil tutumuna malik dayanacaqdır.

  • Sifarişçi “AZVİL” MMC
  • Layihəçi HOFFMANN-JANZ ZT GmbH (Avstriya)
  • Baş Podratçı "SMTS“ MMC
  • Ərazinin sahəsi 44 236 m2
  • Tikinti sahəsi 47 103 m2
  • Binanın hündürlüyü 129,6 m
  • Mərtəbələrin sayı 35
  • Tikinti tarixi 2010-2015

Bizimlə əlaqə