Yekunlaşıb 2014-2023

Property Tower Baku

“Property Tower Baku” binası Bakı şəhəri Heydər Əliyev prospektində inşa edilən ən unikal binalardan biridir. Binanın təməli diametri 1 m, uzunluğu 40 m olan 140 ədəd dəmir-beton svayların üzərindədir. Bakı şəhəri seysmik rayonda yerləşdiyindən binanın yükdaşıyan konstruksiyası dəmir-beton və metal konstruksiyadan inşa edilməklə 9 ballıq zəlzələyə davamlıdır.

Binanın hər mərtəbəsi digər mərtəbəyə nəzərən 2.6º dönür və nəticədə fasad müstəvisi 90º dönərək binaya burulma effekti verir. Dünyada bu tip dönən binalar çoxdur, lakin “Property Tower Baku” binasını fasadının tam olaraq şüşədən ibarət olması və hər bir şüşə panelinin özünün də əyilmiş olması onu digər binalardan fərqləndirir.

  • Sifarişçi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
  • Layihəçi HOFFMANN-JANZ ZT GMBH (Avstriya), “Arxin-M Ltd” MMC, “AFF PROJECT GROUP”
  • Nəzarətçi OBERMEYER Project Management GmbH, TECHNİCON Engineers Consulting
  • Baş Podratçı “SMTS” MMC
  • Ərazinin sahəsi 10.000 m²
  • Tikinti sahəsi 39.000 m²
  • Binanın hündürlüyü 126,3 m
  • Mərtəbələrin sayı 33
  • Tikinti tarixi 2014-2023

Bizimlə əlaqə