Missiya
Azərbaycan inşaat elminin və mühəndisliyinin beynəlxalq arenaya çıxarılması SMTS şirkətinin əsas missiyasıdır. İşgüzarlığı və dürüstlüyü rəhbər tutaraq, beynəlxalq təcrübəni öyrənməklə bu yolda irəliləməyə davam etməkdə qərarlıyıq.
Məqsədimiz Əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması və yüksək keyfiyyəti rəhbər tutaraq sənaye və mülki binaların inşasını həyata keçirməkdir.
Yüksək keyfiyyətli tikinti-quraşdırma işlərinin icra olunması üçün digər amil, yüksək ixtisaslı mühəndis-texniki heyətdən ibarət komandanın formalaşdırılmasıdır. Bu məqsədlə biz mühəndis-texniki heyətin müxtəlif təlimlərə qatılmasına, dünyanın qabaqcıl təhsil müəssisələrində təhsil səviyyələrinin yüksəldilməsinə, kadrlarımızın beynəlxalq konfranslarda iştirakına üstünlük veririk.
Şirkət tikinti-quraşdırma işlərini malik olduğu maddi-texniki baza, peşəkar mühəndis-texnik heyəti, keyfiyyətə nəzarət sistemi, qabaqcıl idarəetmə üsullarını tətbiq etməklə sifarişçi, layihəçi, podratçı şirkətlər, dövlət orqanları və digər maraqlı tərəflər ilə koordinasiya quraraq keyfiyyətlə, vaxtında və şəffaf qaydada həyata keçirir.
İnşaat şirkəti olaraq Beynəlxalq arenaya çıxmaq üçün, vacib tələblərdən biri də mükəmməl Keyfiyyətə Nəzarət Sisteminin (KNS) formalaşdırılmasıdır. Son 20 ildə dünyada tikinti sektoru sürətlə inkişaf etməkdədir. Bunun nəticəsi olaraq da inşaat şirkətlərinin sayının artması inşaat sektorunda ciddi rəqabətin yaranmasına səbəb olur. Mükəmməl KNS olmadan keyfiyyətli tikinti-quraşdırma işlərinin aparılması mümkün deyildir. Bu səbəbdən “SMTS” MMC gələcəkdə də KNS-in inkişaf etdirilməsi üçün, maddi-texniki bazanın mükəmmələşdirilməsi, kadr potensialının gücləndirlməsi və tikinti norma və qaydalarına ciddi əməl olunması istiqamətində səylərini daha da artıracaqdır.
Qlobal istiləşmə, sənayeləşmənin artımı, meqa layihələrin icrası və s. səbəbdən ekoloji tarazlığın pozulması artıq hamını narahat etməkdədir. Digər istehsal sahələrində olduğu kimi, inşaat sektorunda da həm layihələndirmə işlərində, həm də tikinti-quraşdırma işlərinin gedişatı prosesində ətraf mühitin qorunması tədbirlərinin kommersiya maraqlarından öndə olmasını tələb edir. Qeyd olunan məqamları rəhbər tutaraq “SMTS” MMC-nin əsas məqsədlərindən ən birincisi aparılan layihələndirmə işlərinə daha çox vəsait və zaman sərf edərək tikinti-quraşdırma işləri aparılacaq ərazini daha yaxşı araşdırmaqla, ərazinin ekoloji balansını qorumaqla və ekoloji təmiz tikinti materiallarından istifadə etməklə inşaat işləri yerinə yetirməkdir.
SMTS şirkəti tikinti-quraşdırma işlərinin aparılması zamanı əməyin mühafizəsinə ciddi fikir verir. Əməyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməkdaşların təlimlərdə iştirakına və işçilərin müvafiq fərdi mühafizə vasitələri ilə təmin olunmasına ciddi fikir verir. Tikinti-quraşdırma işlərinin təşkili üçün iş metodlarının hazırlanmasında risklərin müəyyən olunması və qiymətləndirlməsi işi aparılır. Məqsədimiz daima bu sahədə beynəlxalq təcübəni öyrənmək və tətbiq etməklə qəzasız iş mühiti yaratmaqdır.
Azərbaycan inşaat elminin və mühəndisliyinin beynəlxalq arenaya çıxarılması SMTS şirkətinin əsas missiyasıdır. İşgüzarlığı və dürüstlüyü rəhbər tutaraq, beynəlxalq təcrübəni öyrənməklə bu yolda irəliləməyə davam etməkdə qərarlıyıq.
Ulu yaradan bizi əhatə edən təbiətdə nə yaradıbsa, mükəmməl yaradıb. Bütün canlılar, dağlar, meşələr və okeanlar mükəmməl və qüsursuzdur. Hətta bəzən insana xoş gəlməyən səhralar, çöllər, bataqlıqlar, insan yaşamayan buzla örtülmüş yerlər belə mükəmməldir, gözəldir. İnsanlığın əbədi yer üzündə xoşbəxt yaşamasını istəyiriksə, bu nizamı pozmadan fəaliyyət göstərməliyik.
SMTS şirkəti üçün insan amili ən vacib dəyərdir. İstənilən fəaliyyət növü, istənilən istehsal sahəsi insanların rifahına xidmət etmirsə, heç bir dəyəri yoxdur.