Mechanical Design Engineer

Tələb olunan təhsil və təcrübə:

- Layihəçi mühəndis mexanik (isitmə-soyutma, havalandırma, kanalizasiya və su təchizatı və s.) ixtisası üzrə ali təhsil.

- “Layihəçi mühəndis mexanik” vəzifəsinə namizədin İSO standartlarına və ERP sisteminə uyğun işini təşkil edən şirkətdə bu vəzifədə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir).


Tələb olunan kompüter bilikləri:

- Word, Excel, PowerPoint, Outlook, Microsoft Project, Autocad, Revit və s. proqramlarda sərbəst işləməyi, o cümlədən kompüterdə sürətli işləməyi bacarmalı.


Tələb olunan dil bilikləri:

- Azərbaycan dili – C1

- İngilis dili - C1

- Rus dili – B2


Tələb olunan bacarıqlar:

- İşçi layihələri və detallı işçi layihələri (shop drawing) işləmək və revizya etmək;

- İşçi layihələri və detallı işçi layihələri əsasında işlərin həcmini tərtib etmək;

- İş həcmi əsasında tələb olunan işçilik, material, avadanlıq və s. miqdarını müyyən etmək;

- İş həcmi əsasında iş qrafikini tərtib etmək.


Əmək şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

- İş rejimi: 5 günlük iş həftəsi.


Əmək haqqı:

- Əmək haqqı ayda iki dəfə, 15 gündən bir ödənilir.

- Əmək haqqı məbləği net olaraq 2000-4000 AZN aralığında nəzərdə tutulur. Əmək haqqı məbləği vakantın təhsili, təcrübəsi və iş stajına görə təklif olunacaq.


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) tövsiyə məktubları ilə birgə hr@smts.az elektron ünvanına mövzu yerinə “Layihəçi mühəndis mexanik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Become part of our team

If we have a vacancy based on your information, you will be contacted. Otherwise, your information will be stored in our database. Your CV will be revised if you are suitable for the new vacancy.

Request a call back