Davam edir 2014

Baku Tower

Bakı ş. H. Əliyev pr. 109 ünvanında inşa edilən İş Mərkəzi Binası "Baku Tower" Azərbaycanın, o cümlədən Cənubi Qafqazın ən hündür göydələnidir. Bina modern və postmodern memarlıq üslubunda layihələndirilmiş və mürəkkəb konstruktiv qurluşa malikdir.

Binanın 3.5 m qalınlığında olan təməl tavası 370 ədəd diametri 1.0 m, uzunluğu 36.5 m svayların üzərində dayanır. “Baku Tower” binasının yükdaşıyan konstruksiyası dəmir-beton və kompozit metal-konstruksiyadan ibarət olmaqla 9 ballıq zəlzələyə davamlıdır.

Konstruksiyanın dayanıqlığını təmin etmək üçün 4 mərtəbədə əlavə olaraq ABŞ-ın CoreBrace şirkətinin istehsalı olan xüsusi çarpaz rabitələr BRB-lər (Buckling Restrained Brace) və sonuncu mərtəbədə çəkisi 400 tn olan Almaniya istehsalı Maurer markalı İnersiyalı Kütlə Damperi quraşrılımışdır. Binada sürəti 8 m/s olan 10 ədəd lift quraşdırılıb, yeraltı avtomobil dayanacaqları, SPA mərkəzi, VIP ofislər, toplantı zalları, VIP restoranlar vardır.

  • Sifarişçi “ZVİl TİKİNTİ” MMC
  • Layihəçi Mazeron Mimarlık, EMİR MÜHENDİSLİK, Cobalt LTD
  • Baş Podratçı SMTS MMC
  • Ərazinin sahəsi 1,7 Ha
  • Tikinti sahə 84.486 m²
  • Binanın hündürlüyü 277,3 m
  • Mərtəbələrin sayı 50

Növbəti layihə

Property Tower Baku

Bizimlə əlaqə